Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-05-2024 , 16:56

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

 Nizami Salamov: “Bələdiyyənin əsas hədəflərindən biri onun büdcəsinə daxil olacaq maliyyə vəsaitinin vaxtında ödənilməsinə nail olmaqdır”

Sumqayıt Bələdiyyəsinin Hüquq Şöbəsinin müdiri Nizami Salamov bələdiyyənin ötən ilki fəaliyyətini dəyərləndirib və qarşıdakı hədəflər barədə danışıb.

Müsahibəni təqdim edirik:

Ötən il Sumqayıt Bələdiyyəsinin hüquq şöbəsi neçə məhkəmə işində iştirak edib?

- Ötən il Sumqayıt Bələdiyyəsinin Hüquq Şöbəsinin 115 məhkəmə işi olub və 319 məhkəmə iclasında iştirak edib. Buraya Sumqayıt Şəhər Məhkəməsi, İnzibati, Kommersiya, Apelyasiya məhkəmələri və eyni zamanda Abşeron Rayon Məhkəmələrindəki işlər daxildir. İşlərin əksəriyyəti qanunsuz zəbt olunma və icarə haqlarının ödənilməməsi və ya gec ödənişin gecikdirilməsi ilə bağlı işlərdir. Qeyd edək ki, məhkəmə işlərinin böyük əksəriyyəti bələdiyyənin xeyrinə həll olunub.

-Hüquq şöbəsi ötən il qarşıya qoyduğu hədəflərə nə qədər çatıb və bu ilki hədəflər nələrdir?

-Hüquq şöbəsinin müstəqil hədəfi ola bilməz. Bizim şöbənin hədəfi elə bələdiyyənin hədəfi ilə üst-üstə düşür. Bələdiyyə öz hədəflərinə nə qədər çatıbsa demək ki, şöbədə qarşıya qoyulan məqsədlərə bir o qədər çatıb. Bələdiyyənin əsas hədəflərindən biri onun büdcəsinə daxil olacaq maliyyə vəsaitinin vaxtında ödənilməsinə nail olmaqdır. Torpaq və əmlak vergilərinin vaxtında alınması, icarə haqqlarının vaxtında ödənilməsi, mövcud olan borcların vaxtında alınması sahəsində ötən illərlə müqayisədə xeyli irəliləyiş var. Keçən il ərzində ödənilməmiş və ya ödənilməsi gecikdirilən 65 min manatdan bir az çox icarə haqqı borcunun bələdiyyəyə ödənilməsində bu və ya digər şəkildə iştirak etmişik. Hədəfimiz bu il keçən ilkindən daha çox köçürülməyə nail olmaqdır.

- Hüquq şöbəsi hansı halda məhkəməyə müraciət edir?

- Bələdiyyəyə borcu olan şəxsləri biz müstəqil şəkildə müəyyən edə bilmirik. Bu işlə konkret olaraq Vahid Vergilər Mərkəzi məşğul olur, çünki sistemlə onlar işləyirlər. Vahid Vergilər Mərkəzi təqdimat ilə rəhbərliyə müraciət edir ki, əmlak və ya torpaq vergisi və icarə haqqı borcu var. Daha sonra təqdimatın üstü yazılaraq əgər bizə göndərilməlidirsə, bizə yönləndirilir və məsələyə biz qoşuluruq. Biz isə, bundan sonrakı prosedurda həmin fiziki və ya hüquqi şəxsə xəbərdarlıqlar göndəririk, kommersiya işləridirsə, Mediasiyaya müraciət edirik. Əgər sadalığım bu yollarla məsələ həllini tapmırsa, son olaraq məhkəməyə müraciət edirik.

-Şöbəniz hüquqi savadlılıqla bağlı hansı təbliğat işləri aparırmı? Və bunlar nələrdən ibarətdir?

-Şöbəmiz işinin böyük işi maarifləndirmə və məsləhət işləridir. Çünki bələdiyyəyə müraciət edən  vətəndaşların bir çoxu müxtəlif səbəblərdən hüquq şöbəsinə yaxınlaşır. Belə ki, onlar sənədləşmə işləri, borcların və vergilərin ödənilməsi ilə bağlı məsləhətlər alıb, maariflənirlər. Eyni zamanda biz digər şöbələrə də qanuvericiliyə uyğun olaraq hüquqi cəhətdən istiqamət verməyə çalışırıq. Daha sonra bələdiyyədəki sənədlərin hüquqi cəhətdən düzgün hazırlanmasına nəzarət edirik.      

Müsahibə Sumqayıt bələdiyyəsinin mətbuat xidməti tərəfindən hazırlanıb.                        

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər